Adlı-sanlı Azərbaycan (film, 1935)
Kinoalmanaxda iki mövzu-neft və kənd təsərrüfatı öz əksini tapmışdır. Burada süjetlər novella formasında həll edilmişdir. Qocaman neftçi Piri Nuriyevin və pambıq ustası Qüdrət Səmədovun fədakar əməyi göstərilmiş, sinxron söhbətlər verilmişdir.
Azərbaycan sənədli kinosunda ilk dəfə olaraq, bu filmdə diktordan istifadə edilmişdir.
Rejissor: Boris Pumpyanski
Ssenari müəllifləri: Boris Pumpyanski, Vladimir Yeremeyev
Operatorlar: Seyfulla Bədəlov, A.Qaryagin
Bəstəkar: S.Paniyev
Səs operatoru: A.Zapadenski
Piri Nuriyev
Qüdrət Səmədov
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.